IV Milli Kibertəhlükəsizlik Forumu
- Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur.
- Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrinin həyata keçirilməsi təşkil edir.
- Forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr həyata keçiriləcək.
- Forum zamanı həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə, habelə digər tərəfdaş ölkələrdə kibertəhlükəsizlik üzrə görülən işlərin təqdimatı və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr həyata keçiriləcək.
- Forumun sərgi hissəsində müxtəlif şirkətlərin məhsul və həlləri təqdim olunacaq.
15
Ölkə500+
55
Panel30+
ÇIXIŞÇI15
ŞİRKƏT STENDİFORUMDAN GÖZLƏNTİLƏR
TEXNOLOJİ SƏRGİ
Təcrübə mübadiləsi və şəbəkələşmə imkanları
-
Tədbirin Proqramı
Qeydiyyat və Sərgi
Rəsmi açılış
Forumun rəsmi açılış mərasimində dövlət rəsmilərinin iştirakı ilə qısa çıxışlar baş tutacaq. Çıxışlarda ölkədə kibertəhlükəsizlik siyasətinin prioritetləri, və rəqəmsal mühitdə dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində strateji yanaşmalar qeyd ediləcək.
“Milli Kibertəhlükəsizlik Ekosistemi”
“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik alt qurumlarının rəhbər şəxsləri çıxış edəcək. Təqdimatlarda milli kibertəhlükəsizlik ekosistemi, dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlıqla mübarizə mexanizmləri və rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə olunacaq. Təqdimatlarda müvafiq sahələr üzrə mövcud vəziyyətin və gözləntilərin rəqəmlərlə nümayiş etdirilməsi nəzərdə tutulur. Paneldə həmçinin nüfuzlu vendor və beynəlxalq təşkilatların rəhbər şəxsləri çıxış edəcəklər.
Fasilə
AKTA-nın təşəbbüsləri
“Cyber Award” ölkəmizin kibertəhlükəsizlik ekosisteminə ən çox töhfə verən ekspert və təşkilatlar üçün AKTA tərəfindən təsis edilən bir mükafatdır. Forumda bu mükafatın formatı ilə bağlı təqdimat həyata keçiriləcək.
İctimai sual-cavab sessiyası
Gənc kibertəhlükəsizlik mütəxəssislərini düşündürən sualların universitet rektorları və özəl şirkət rəhbərləri tərəfindən cavablandırılması.
MoU imzalanma mərasimi
Sərgi sahəsində potensial tərəfdaşlar ilə əməkdaşlıq memorandumunun imzalanması
Panel: “Regional Təcrübə və Əməkdaşlıq”
Sessiya çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik sahəsində təcrübələri, regional əməkdaşlıq imkanları və qarşılıqlı bilik mübadiləsi müzakirə ediləcək. Xüsusilə region ölkələri arasında koordinasiyanın gücləndirilməsi və birgə təşəbbüslərin formalaşdırılması ön plana çıxarılacaq. Paneldə çıxış edən ölkələrin kibertəhlükəsizlik ekosistemi və Azərbaycan şirkətlərinin bu ekosistemdə mümkün fəaliyyəti müzakirə ediləcək.
Nahar fasiləsi
Kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertin çıxışı
Panel təqdimatları: “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar”
Sessiya çərçivəsində rəqəmsallaşma ilə bağlı strateji sənədlərdən irəli gələn əsas trendlər, mövcud risklər və kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar müzakirə ediləcək. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı rəqəmsal ekosistemin qurulması yolları ön plana çıxarılacaq.
Təqdimatlar: “Suni İntellektin Kibertəhlükəsizliyə Təsiri və İnnovativ Trendlər”
Sessiya çərçivəsində süni intellektin kibertəhlükəsizlik sahəsində rolu, yaratdığı yeni imkanlar və risklər ətraflı şəkildə təqdim olunacaq. Sessiyada hücum və müdafiə mexanizmlərində AI tətbiqləri, avtomatlaşdırılmış təhlükə aşkarlanması, davranış analizi və gələcək trendlər müzakirə ediləcək.
Fasilə
Təqdimatlar: “Müasir Kibertəhlükəsizlik Təhdidləri”
“Yerli Kibertəhlükəsizlik Məhsullarının (və ya startapların) Tanıtımı” sessiyası çərçivəsində ölkədə inkişaf etdirilən innovativ kibertəhlükəsizlik həlləri və startap layihələri təqdim olunacaq.
Yerli Kibertəhlükəsizlik Məhsullarının (və ya startapların) Tanıtımı
Sessiya çərçivəsində ölkədə inkişaf etdirilən innovativ kibertəhlükəsizlik həlləri və startap layihələri təqdim olunacaq. Həmçinin sponsor qurumlar tərəfindən məhsul tanıtımları baş tutacaq.
Bağlanış